Ermənistan təyyarəsinin Dubaya enməsinə icazə verilməyib

Dubayın aviasiya rəhbərliyi Ermənistanın "Fly One Armenia" şirkətinin təyyarəsinə yerli hava limanında eniş etməyə icazə verməyib.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə "Sputnik Armenia" xəbər yayıb.

Aviaşirkətin direktorlar şurasının rəhbəri məlumatı təsdiqləyib.

İçində 37 sərnişinin olduğu təyyarə İrana eniş etməyə məcbur qalıb, hazırda İrəvana qayıdır.

Şirkət hazırda qadağanın səbəbini araşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31