İran İsveç parlamentinin qərarını pisləyib- ÖZƏL

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani İsveç Parlamentinin Avropa Birliyinin İran İnqilabı Keşikçiləri Korpusunun terrorçu qruplar siyahısına salınması qərarını dəstəkləyən qanun layihəsini ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib. "İsveç parlamentinin qərarı İranın terrorçu hesab etdiyi ünsürlərin təsiri altında qəbul etdiyi qərardır", - deyə Kenani açıqlamasında bildirib. Sözügedən təşəbbüsün İranın suveren hüquqları və təhlükəsizliyinə hücum olduğunu müdafiə edən Kenani, "Bu qərar beynəlxalq hüquqa, o cümlədən suverenlərin bərabərliyi və daxili işlərə qarışmamaq prinsipinə ziddir" deyib. Kenani qeyd edib ki, İran administrasiyası İsveç parlamentinin qərarını şiddətlə pisləyib .Yanvarın 19-da Avropa Parlamenti Aİ-nin İrana qarşı və  İran lideri Ayətullah Əli Xamenei və prezident İbrahim Rəisiyə qarşı sanksiyalar tətbiq edilməsi layihəsini qəbul edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31