Hər üç uşaqdan birində piylənmə gedir- ÖZƏL
11 May 2023 16:12 DünyaÜmumdünya Səhiyyə Təşkilatının Avropada piylənmə səviyyələri ilə bağlı dünən açıqladığı hesabatda hər üç ibtidai məktəb uşağından birinin obez və ya artıq çəkidən əziyyət çəkdiyi və bu nisbətin daha da artması gözlənildiyi bildirilib. Xorvatiyanın paytaxtı Zaqrebdə 16 Avropa lideri və dövlət başçısının həyat yoldaşları tərəfindən ÜST-nin 2022-ci il Avropa Regional Piylənmə Hesabatı təqdim edilib. Piylənmənin bir çox QİX üçün əsas risk faktorlarından biri olduğunu bildirən hesabata görə, artıq çəki və piylənmə ÜST Avropa ölkələrində böyüklərin təxminən 60 faizində və hər üç uşaqdan birində görülür. 2035-ci ildə bölgədə 5-19 yaş arası 17 milyon oğlan və 11 milyon qız uşağının piylənmə ilə yaşayacağı bildirilib. Hesabatda, Covid-19 epidemiyasından sonra daha yaxşı qayıdış üçün tədbirlərə piylənmənin qarşısının alınması və nəzarətinin daxil edilməsinin vacibliyi vurğulanıb.