Avropa Parlamenti süni intellektlə bağlı sərt qaydalar layihəsi hazırlayıb- ÖZƏL

Avropa Parlamentinin  komitələri ChatGPT kimi müxtəlif süni intellekt texnologiyalarına sərt qaydalar tətbiq edəcək yeni qanunu müəyyən edib. Strasburqda keçirilən AP Daxili Bazar və Vətəndaş Azadlıqları Komitələrinin iclasında Avropada süni intellektlə bağlı ilk qaydalar da daxil olmaqla qanunvericilik hazırlıqları müzakirə edilib. Komitə üzvləri, üzv ölkələrlə süni intellekt qanunu ilə bağlı keçiriləcək danışıqlarda AP-nin mövqeyini müəyyən edəcək danışıqlar mandatı layihəsini səs çoxluğu ilə qəbul ediblər. Avropa Parlamentinin deputatları Komissiyanın təqdim etdiyi süni intellekt qanun layihəsinə bəzi dəyişikliklər edib. Layihəyə görə, süni intellekt sistemləri insan tərəfindən idarə olunmalı, ayrıseçkilik etmədən, təhlükəsiz, şəffaf, izlənilə bilən və ətraf mühitə uyğun olmalıdır. Süni intellektə ümumi bir tərif gətiriləcək və  riskə əsaslanan yanaşma tətbiq olunacaq. Qaydalar süni intellektin yarada biləcəyi risk səviyyəsindən asılı olaraq dəyişəcək. İnsan təhlükəsizliyi üçün qəbuledilməz risk yaradan süni intellekt sistemləri qadağan ediləcək. Bura şüuraltı və ya qəsdən manipulyasiya üsullarını tətbiq edən, insanların zəif yerlərini müəyyən edən və sosial qiymətləndirmə üçün istifadə edilən süni intellekt sistemləri daxil olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31