Avropa narkotik qrupları Rusiyadan həşiş alveri üçün istifadə edirlər - ÖZƏL
11 May 2023 15:46 Dünya"Avropa və Latın Amerikası kriminal şəbəkələri Rusiyadan həşişin Avropa İttifaqına qeyri-qanuni dövriyyəsi üçün getdikcə daha çox istifadə edirlər".
Olaylar.az xəbər verir ki, bu barədə məlumat Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) verdiyi bəyanatda deyilir. "Rusiya Federal Təhlükəsizlik Xidməti Avropa və Latın Amerikası mütəşəkkil cinayətkar qruplarının həm Rusiyada qanunsuz narkotik bazarını sıxışdırmaq, həm də ölkəmizdən Avropa İttifaqı ölkələrinə həşişin tranziti üçün kanal kimi istifadə etmək məqsədi daşıyan fəallığının artdığını müşahidə edib", - deyə məlumatda bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31