Çin Ukrayna ilə bağlı Si-nin prinsiplərindən çıxış edəcək - ÖZƏL

"Çin Ukrayna probleminin həllində öz lideri Si Cinpinin prinsiplərini rəhbər tutacaq".

Olaylar.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Qin Qanq bildirib.
"Çin lideri Si Cinpin dörd prinsipi formalaşdırıb ki, bunlara mütləq riayət olunmalıdır. Bu, Çin tərəfinin Ukrayna böhranı ilə bağlı mövqe tutacağı və onu həll etmək üçün tədbirlər görəcəyinin başlanğıc nöqtəsidir. Dörd prinsip suverenliyə hörmət, BMT Nizamnaməsinə riayət etmək, hər bir tərəfin narahatlığını nəzərə almaq və münaqişənin sülh yolu ilə həlli yollarından istifadə etməkdir", - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31