Ukrayna hərbçiləri Baxmutda İRƏLİLƏDİ - VİDEO
10 May 2023 23:39 DünyaUkrayna Silahlı Qüvvələrinin hücum briqadasının əsgərləri Baxmut yaxınlığında əməliyyatın ilk gününün görüntülərini yayıblar.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, yayılan görüntülərdə Rusiyanın 72-ci briqadasının mövqelərindən geri çəkildiyi əks olunub.
Həmin gün döyüş nəticəsində 13 rus hərbçisi məhv edilib, daha 25-i yaralanıb, bir neçə sursat anbarı məhv edilib.
Briqadanın dərc etdiyi kadrlarda zirehli texnika və atəşin altında olan ukraynalı hərbçilərin ildırım sürəti ilə düşmən ərazisindən keçərək onunla sıx döyüşə girməsi əks olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31