Kraldan Bəşər Əsədə MƏKTUB
10 May 2023 22:04 DünyaSəudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Suriya Prezidenti Bəşər Əsədi mayın 19-da Krallıqda keçiriləcək Ərəb Liqası sammitinə dəvət edib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, dəvət məktubunu Səudiyyə Ərəbistanının İordaniyadakı səfiri Naif bin Bəndər Dəməşqdə Suriyanın dövlət başçısı ilə görüşündə təqdim edib.
Qeyd edək ki, Ərəb Liqasının ötən həftə Qahirədə keçirilən iclasında Suriyanın bu təşkilatda 2011-ci ildə "dondurulmuş" üzvlüyü bərpa olunub. Ərəb ölkələri arasında yalnız Qətər qərara qarşı çıxıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31