Vladimir Putin sərəncam imzalayıb

Rusiya Prezidenti Vladimir Putin Avropada Adi Silahlar Müqaviləsinin denonsasiyası üçün hazırlıqlara başlayıb.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Putin sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət başçısı artıq Rusiya parlamentinin yuxarı və aşağı palatalarında bu məsələnin müzakirəsi üçün öz nümayəndəsini təyin edib.

Xarici işlər nazirinin müavini Sergey Ryabkov Putini Dövlət Dumasında və Federasiya Şurasında təmsil edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31