Rusiyada meşə yanğını nəticəsində iki barıt anbarı yanıb - VİDEO
6 May 2023 23:41 DünyaRusiya Federasiyasının Sverdlovsk vilayətinin Pervomayski kəndində meşə yanğını nəticəsində barıt olan iki anbar yanıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə təcili xidmətlərdən bildiriblər.
"Pervomayski kəndində iki barıt anbarı meşə yanğınının yayılmasından sonra alışıb. Yanğına görə yaxınlıqda olan barıt saxlanan 18 anbar təhlükə altındadır", - deyə qeyd olunub.
Rusiya Fövqəladə Hallar Nazirliyi yanğın faktını təsdiqləyib. İlkin məlumata görə, xəsarət alan yoxdur.
Bildirilib ki, təxminən 400 nəfərin yaşadığı kənd təxliyə olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31