TEKNOFEST rekord qırdı: 4 gündə 1,9 milyon ziyarətçi - ÖZƏL
1 May 2023 11:41 DünyaTürkiyədə milli texnologiyanın inkişafında kritik rol oynayan bir çox təşkilat, Türkiyə Texnologiya Komandası Vəqfi və Sənaye və Texnologiya Nazirliyinin ortaqlığı ilə təşkil edilən TEKNOFEST İstanbul Atatürk Hava Limanında beşinci günündə davam edir. 27 aprel-1 may tarixlərində İstanbul Atatürk Hava Limanında keçirilən tədbiri ilk gün 25 min 437, ikinci gün 300 min, üçüncü gün 600 min, dördüncü gün isə 1 milyon nəfər ziyarət edib. 5 gün davam edəcək tədbir 4 gün ərzində ümumilikdə 1 milyon 925 min 437 ziyarətçiyə ev sahibliyi edib.
2019-cu ildə 1 milyon 720 min ziyarətçi ilə "dünyanın ən böyük aviasiya festivalı"na çevrilən TEKNOFEST, 4 gündə 2 milyona yaxın ziyarətçi ilə həm dünya, həm də öz rekordlarını yenilədi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31