Rusiya daha qətiyyətli siyasət yürüdə bilmək imkanlarını itirir - ÖZƏL

Rusiya-Ukrayna müharibəsində getdikcə üstünlük ikinci tərəfdə müşahidə edilməkdədir. Birləşmiş Ştatlar və Avropanın Kiyevə ayrıdığı hərbi yardımlar Ukrayna üçün əks hücum imkanı yaradıb. Hətta Ukrayna rəsmiləri də bunu istisna etmirlər.

"OLAYLAR"-ın xəbərinə görə, siyasi ekspert Çingiz Şahbazi də hesab edir ki, Ukrayna müharibə cəbhəsində tədricən üstünlüyü ələ alır: "Ukraynaya qarşı Rusiyanın apardığı müharibə onun hərbi-siyasi, maliyyə və iqtisadi resurslarını tükədib və burda müharibənin uzanma faktoru öz sözünü deməkdədir. Dost hesab olunan ölkələr və ümid edilən ölkələrdən yardım gözləntiləri də hər gün azalmaqdadır. Xüsusilə də Çin faktoru demək olar ki, Rusiyanın ümidlərini boşa çıxardı".  

Ekspert deyib ki, Rusiya, bundan sonra daha qətiyyətli siyasət yürüdə bilmək imkanlarını da itirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31