"Telegram"ın bloklanması qərarı LƏĞV EDİLDİ
29 Aprel 2023 23:52 DünyaBraziliya məhkəməsi "Telegram" messencerinin bloklanmasını ləğv edib.
Olaylar.az trend-ə istinadən, bu barədə "G1" portalı xəbər verib.
Məlumata əsasən, hakim Flaviy Lukas messencerin bloklanması ilə bağlı əvvəlki qərarı əsassız hesab etdi, çünki bu, "araşdırılan faktlarla əlaqəli olmayan geniş insanların ünsiyyət azadlığını pozur".
Eyni zamanda, o, istintaq orqanlarının tələb etdiyi məlumatların təqdim edilməməsinə görə gündəlik 1 milyon real (təxminən 200 min dollar) məbləğində cəriməni qüvvədə saxlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31