İki rus və bir naməlum PUA VURULDU
29 Aprel 2023 22:55 DünyaBu gün Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası Rusiya qoşunlarının şəxsi heyətinin cəmləşdiyi ərazilərə üç zərbə endirib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
Məlumata görə, ukraynalı müdafiəçilər Rusiyanın iki "Şahid-136/131" PUA-sını, bir "Orlan-10" kəşfiyyat təyyarəsini və digər naməlum pilotsuz təyyarəni vurub:
"Raket və artilleriya bölmələri 24 saat ərzində düşmənin canlı qüvvəsinin cəmləşdiyi ərazini, iki yanacaq-sürtkü materialını, iki hava hücumundan müdafiə sistemini, bir artilleriya bölməsini və digər mühüm düşmən hədəfini vurub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31