Paşinyanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub
29 Aprel 2023 22:42 DünyaErmənistan Baş naziri Nikol Paşinyanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Telefon danışığı zamanı bölgədəki hərbi-siyasi və humanitar vəziyyət müzakirə edilib.
Tərəflər Ermənistan və Azərbaycan arasında normallaşma prosesi və gözlənilən görüşlə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Vaşinqtonda Ermənistan və Azərbaycan XİN başçılarının Blinkenin vasitəçiliyi ilə görüşü 1 mayda baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31