Ərdoğan səhhəti haqda danışdı
29 Aprel 2023 21:33 DünyaPrezident Rəcəb Tayyib Ərdoğan bu gün keçirilən "Texnofest-2023" festivalında səhhəti haqda danışıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, "CNN Türk" kanalının sualına cavab olaraq, Ərdoğan "Allaha şükür, daha yaxşıyam" deyib.
Qeyd edək ki, 25 apreldə yerli kanallara müsahibəsi zamanı Ərdoğan özünü yaxşı hiss etmədiyini bildirmiş və yayım dayandırılmışdı. Az sonra yayım bərpa edilsə də, Ərdoğan izləyicilərdən üzr istəyərək, soyuqladığını demiş və müsahibəni saxlamışdı.
Ərdoğan 3 günlük fasilədən sonra yalnız bu gün ictimaiyyət arasına çıxıb. Bundan öncə Akkuyu AES-ə nüvə yanacağı verilməsi mərasiminə onlayn şəkildə qatılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31