Baxmutda ruslar iki dəfə cəhd etdi, İTKİ VERDİLƏR

Ukrayna sərhədçiləri Baxmutda Rusiya hərbçilərinin iki hücumunun qarşısını alıb.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Sərhəd Xidməti məlumat yayıb.

"Qısa məsafələrdə atışma baş verib. Əsgərlərimiz atıcı silahlar və əl qumbaraatanlarının köməyi ilə hücum edənlərlə mübarizə aparıb. Hücum dəf edilib, işğalçıların canlı qüvvə itkisi dəqiqləşdirilir", - Dövlət Sərhəd Xidmətinin məlumatında qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31