Sudan ordusu danışıqlarda iştirak etmək üçün öz namizədlərini MÜƏYYƏNLƏŞDİRİB

Sudan ordusu və Çevik Reaksiya Qüvvələri danışıqlarda iştirak etmək üçün öz namizədlərini müəyyən ediblər.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Sudandakı nümayəndəsi məlumat verib.

Danışıqların Cənubi Sudanda və ya Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilə biləcəyi bildirilsə də, konkret tarix barədə məlumat verilməyib.

Qeyd edək ki, ötən gün Əbdülfəttah əl-Burhan Çevik Reaksiya Qüvvələrinin komandanı Məhəmməd Hamdan Daqalo ilə görüşdən imtina etdiyini bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31