Bekhem dünya liderlərinə müraciət etdi - VİDEO
29 Aprel 2023 18:33 DünyaDevid Bekhem malyariya ilə mübarizəni dəstəklədiyini bildirib və dünya liderlərinə müraciət edib.
Olaylar.az aut.az-a istinadən xəbər verir ki, Ümumdünya Malyariya Günündə "Mançester Yunayted", "Real" və İngiltərə yığmasının keçmiş futbolçusu bir daha siyasətçiləri xəstəliyin yayılması probleminə diqqət yetirməyə çağırıb.
"Bu xəstəliyi müalicə etməyin bir yolu var. Dünya liderlərinin fərq yaratmaq gücü və məsuliyyəti", - Bekhem bildirib.
Bekhem bir neçə il əvvəl də kampaniyanı dəstəkləmişdi. Həmin videoda Bekhem qocalmış kimi göstərilmişdi. Bununla da mesaj vermişdi ki, bu xəstəlik xeyli insanı öldürə və onların qocalmaq şansını əlindən ala bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31