Bugün ABŞ-da səsvermə başlayır - ÖZƏL

ABŞ-da Türkiyədə prezident və parlament seçkiləri üçün 9 fərqli nöqtədə səsvermə prosesi başlayır.

ABŞ-da seçicilər Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkiləri və 28-ci dönəm parlament seçkiləri üçün sandıq başına gedir. Seçicilər 29 aprel-7 may tarixlərində Vaşinqton səfirliyində, həmçinin Nyu-York, Boston, Çikaqo, Los Anceles, Mayami və Hyuston konsulluqlarında saat 09:00-dan 21:00-dək səs verə biləcəklər. Nyu York Baş Konsulluğunun xidmət sahəsində 29 aprel-1 may tarixlərində saat 09:00-18:00 arasında Türkevi ilə yanaşı, Nyu Cersi və Lonq Aylenddə əlavə seçki məntəqələri fəaliyyət göstərəcək. Prezident seçkilərinin ikinci tura keçəcəyi təqdirdə, mayın 28-i bazar günü keçiriləcək ikinci tur üçün səslər mayın 20-24-də müəyyən edilmiş nümayəndəliklərdə verilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31