Sudan ordusu ölkəyə nəzarəti BƏRPA ETDİ
28 Aprel 2023 23:45 DünyaSudan Silahlı Qüvvələri hazırda Darfurun qərb bölgəsinin bir neçə ərazisi istisna olmaqla, ölkənin bütün ərazisinə nəzarəti bərpa edib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Sudan ordusunun komandanı Əbdülfəttah əl-Burhan bildirib.
Burhan Çevik Reaksiya Qüvvələrinin komandanı Məhəmməd Hamdan Daqalo ilə görüşdən də imtina edib.
Qeyd edək ki, Burhanla Daqalo arasında görüşün keçirilməsi 26 apreldə razılaşdırılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31