Bakı konsertinə hazırlaşan Tatlısəsin evi yandı - VIDEO

Türkiyənin İzmir şəhərində 8 mərtəbəli binada yanğın başlayıb.

Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, hadisənin baş verdiyi binada müğənni İbrahim Tatlısəsin də evi yanıb.

Sənətçinin bəzi qonşularının çarəsizcə eyvandan özünü atdığı bildirilir.

Hazırda hadisə yerinə yanğından mühafizə bölmələri göndərilib. Binanın bütün sakinləri təxliyə edilir. 

Qeyd edək ki, İbrahim Tatlısəsin mayın 20-də Bakıda konserti planlaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31