Quterreş Blinkenlə BMT-yə ev sahibliyi edən ölkə kimi ABŞ-ın öhdəliklərini müzakirə edir

BMT-nin baş katibi Antonio Quterreş ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündə təşkilatının mənzil-qərargahının yerləşdiyi ölkə kimi ABŞ-ın üzərinə düşən vəzifələrlə bağlı bir sıra məsələlər qaldırıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə görüşün yekunları üzrə BMT-dən məlumat verilib.

"Baş katib həmçinin BMT-yə ev sahibliyi edən ölkə ilə bağlı bir sıra məsələlər qaldırıb", - deyə açıqlamada bildirilir.

Ev sahibiliyi edən ölkə ilə bağlı sazişdə ABŞ-ın dünya təşkilatının işində nümayəndə heyətlərinin iştirakını təmin etmək üzrə öhdəlikləri var. Baş katibin ofisi konkret nəyin müzakirə olunduğunu açıqlamayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31