Türkiyədə ZƏLZƏLƏ OLDU

Türkiyənin Sivas vilayətində yerli vaxtla 18:33-də zəlzələ baş verib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, episentri Sivasın Gürün rayonu olan 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ 7 kilometr dərinlikdə baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31