Türkiyədə Akit Media Qrupunun binasında yanğın baş verib - FOTO + VİDEO
27 Aprel 2023 20:09 DünyaAkit Media Qrupunun İstanbulun Küçükçekmece rayonunda yerləşən binasında yanğın baş verib.
Olaylar.az trend-ə istinadən bildirir ki, "Yeni Akit" qəzetinin və televiziyasının da yerləşdiyi 11 mərtəbəli binanın böyük hissəsini alovlar bürüyüb.
Yanğın saat 16.00 radələrində binanın zirzəmisində başlayıb. Xalça emalatxanası kimi istifadə edilən hissə tüstülənib. İçəridə olan işçilər öz imkanları ilə çölə çıxıb. Dərhal xilasetmə və sağlamlıq qruplarına məlumat verilib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.





Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31