Papadan yeni qərar: Qadınlar da səs verəcək- ÖZƏL

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk qadınların da növbəti Sinoddan səsvermə hüququna malik olması barədə qərar verib. Vatikanın bəyanatına görə, Roma Papası Katolik Kilsəsinin mühüm məşvərət orqanlarından biri olan, dünyanın hər yerindən yepiskopların müəyyən məsələlərin həlli üçün vaxtaşırı bir araya gəldiyi Yepiskoplar Məclisinin idarəçiliyi ilə bağlı normalarda bəzi dəyişiklikləri təsdiqləyib. Papa Fransisk tərəfindən edilən düzəlişlə yepiskop olmayanlara da səsvermə hüququ verildi. Bunda ən diqqətçəkən dəyişiklik, yepiskop olmayanlara, xüsusən də qadın üzvlərə indiyə qədər yalnız yepiskopların səs verə bildiyi Sinodda səsvermə hüququnun verilməsi idi. İtaliya mətbuatında bu dəyişikliklərin Vatikan üçün "tarixi dönüş nöqtəsi" və "Katolik Kilsəsində görünməmiş bir yenilik" olduğu bildirilib. Mediada çıxan xəbərlərdə, yarısının qadın olması şərti ilə Sinodda daha 70 yepiskop təyin ediləcəyi və bu şəxslərin də səsvermə hüququna malik olacağı bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31