İlk yerli və milli reaktiv təyyarə HÜRJET-in sınaq uçuşu həyata keçirilib

Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən istehsal edilən ilk yerli və milli reaktiv təyyarə HÜRJET-in sınaq uçuşu həyata keçirilib.

Olaylar.az milli.az-a istinadən xəbər verir ki, sınaq uçuşu uğurla tamamlanıb.

Məlumata əsasən, reaktiv təyyarənin 2025-ci ilin sonundan etibarən reaktiv təlimçi variantının təqdim ediləcəyi gözlənilir.

Qeyd edək ki, HÜRJET hərbi təyyarəsi T-38 və F-5 təyyarələrinin yerinə Türk Hava Qüvvətləri inventarına daxil edilib. Hərbi təyyarənin silahlı variantı da mövcuddur və geniş missiyaları ilə döyüş meydanında mühüm rol oynayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31