Avtoxuliqanlara orijinal cəza – səfərbərliyə çağırış - FOTO

Kiyevdə gecə saatlarında şəhəri bir-birinə qatan avtoxuliqanlarla mübarizə üçün yeni yol tapılıb. 

Olaylar.az avtosfer.az-a istinadən bildirir ki, ötən gecə paytaxtda reydə çıxan yol polisini hərbi kommissarlığın əməkdaşları müşayiət ediblər. Driftçilərə yerində protokol tərtib edilməklə yanaşı səfərbərliyə çağırış vərəqəsi də təqdim edilib. 

Kiyev polisindən bildirilib ki, avtoxuliqanlarla söhbət və maarifləndirmə heç bir fayda vermir. Saxlanan avtoxuliqanlara dəfələrlə cərimə yazılsa da, heç nə dəyişmir. Eyni zamanda müharibə gedən ölkədə bu cür davranış insanlarda qıcıq doğurur. Maşın əvəzinə avtomatla ustalıq nümayiş etdirmək lazımdır.

undefined

undefined

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31