Rusiya nüvə dövlətləri arasında münasibətlərin sabitləşməsinin tərəfdarıdır - ÖZƏL

"Rusiya nüvə dövlətləri arasında münasibətləri sabitləşdirməyi zəruri hesab edir və gələcəkdə Qərblə potensial yeni təhlükəsizlik müqavilələrindən imtina etmir".

Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Nüvə Silahlarının Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktoru Vladimir Yermakov bildirib.

"Beynəlxalq təhlükəsizlik infrastrukturu sözdə deyil, əməldə münaqişə potensialını tərəflərin bir-birinin əsas maraqlarını qarşılıqlı nəzərə alması əsasında tənzimləməlidir. Bunun üçün ilk növbədə, iki dövlət arasında münasibətləri sabitləşdirmək lazımdır. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan nüvə gücləri sülhün və qlobal təhlükəsizliyin təmin edilməsində xüsusi məsuliyyət daşıyır", - deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31