Bayden prezidentliyə namizəd olacağını rəsmən açıqladı - ÖZƏL
25 Aprel 2023 14:45 DünyaABŞ prezidenti Co Bayden 2024-cü ildə yenidən prezidentliyə namizədliyini irəli sürəcəyini rəsmən açıqlayıb. "OLAYLAR" haber7.com-a istinadən bildirir ki, Ağ Ev rəhbəri tvitter sosial şəbəkə hesabından bu barədə məlumat verib. Yaxın günlərdə qərar Amerika ictimaiyyətinə açıqlanacaq. Amerika prezidenti "ABŞ prezidenti vəzifəsinə yenidən seçilmək üçün namizədliyimi irəli sürürəm. Bizə qoşulun. Gəlin bu işi bitirək" deyə qeyd edib.
Qeyd edək ki, Demokrat Partiyasının seçicilərin əhəmiyyətli bir hissəsi isə Baydeni qocaldığı üçün namizəd kimi görmək istəmir. Demokratların 51 faizi Baydenin yenidən namizəd olmasına qarşıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31