Yeni START-ı əvəz edəcək sənədin hazırlanması indi qeyri-mümkündür - ÖZƏL
25 Aprel 2023 13:54 Dünya"Ümumi geosiyasi vəziyyəti nəzərə alaraq "New START"ı əvəz edə biləcək sənədi hazırlamaq indi mümkün deyil".
Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmisi Vladimir Yermakov bildirib.
"İndiki vəziyyətdə belə perspektivlər yoxdur. Silahlara nəzarət ümumi geosiyasi və hərbi-strateji vəziyyətdən ayrılmazdır. Bu sahədə istənilən ciddi addımlar həmişə təmasda olan tərəflərin münasibətlərində konstruktiv siyasi proseslərlə əlaqələndirilir. Dialoqun zəruriliyi ilə bağlı qarşılıqlı anlaşma, eləcə də kompromislərə əsaslanan substantiv danışıqları stimullaşdırmaq üçün siyasi iradə olmalıdır", - deyə Xarici İşlər Nazirliyinin Nüvə Silahlarının Yayılmaması və Silahlara Nəzarət Departamentinin rəhbəri Yermakov bildirib.