ABŞ Wagnerin Sudandakı fəaliyyətindən çox narahatdır- ÖZƏL
25 Aprel 2023 13:53 DünyaOlaylar.az xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın "Wagner Group" təhlükəsizlik şirkətinin Sudandakı fəaliyyətindən dərin narahat olduğunu bildirib. ABŞ dövlət katibi Antoni Blinken Vaşinqton səfərləri çərçivəsində ABŞ-a səfər edən keniyalı həmkarı Alfred Mutua ilə birgə mətbuat konfransında danışıb. Vaqner Qrupunun münaqişələrlə dolu Sudandakı fəaliyyətlərindən dərin narahat olduqlarını vurğulayan Blinken, "Vaqner işə qarışdıqda, daha çox dağıntı və ölüm gətirir" deyib. ABŞ-ın Vaqnerin Sudandakı fəaliyyətini daha çox görmək istəmədiyini qeyd edən Blinken, bir çox ölkələrin də bu məsələdən narahat olduğunu bildirib. "Biz Sudandakı sülh prosesində kənar qüvvələrin və ya digər qrupların müdaxiləsi olmadan ölkənin öz başına buraxılmasını istəyirik".