Hz.İsa ilə qovuşmaq üçün ölənlərin sayı 73-ə yüksəlib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Keniyanın Malindi qəsəbəsində "İsa peyğəmbərlə qarşılaşacağına söz verilən" və ölüm orucunda həyatını itirənlərin sayının 73-ə yüksəldiyi bildirilib. Malindi polis rəisi Çarlz Kamau verdiyi açıqlamada Malindidəki Beynəlxalq Xoş Xəbər Kilsəsi yaxınlığındakı Şakahola meşəsində tapılan cəsədlərin sayının 73-ə çatdığını bildirib. Kamau onların cəsədlərinin çoxunun kütləvi məzarlıqdan çıxarıldığını və hadisə ilə əlaqədar daha 3 nəfərin nəzarətə alındığını bildirib. Digər tərəfdən, Keniya Qırmızı Xaç Cəmiyyətindən verilən açıqlamada 112 nəfərin itkin düşdüyü qeyd edilib. Beynəlxalq Xoş Xəbər Kilsəsinin keşişi Paul Mackenzie Ntenqen də orca qoşulub. Aprelin 15-də aclıqda şübhəli bilinən 4 nəfərin cəsədi tapıldıqdan sonra polis Ntenqeni saxlayıb. Daxili işlər naziri Kithure Kindiki bütün meşə sahəsinin bağlandığını və "cinayət yeri" elan edildiyini söyləyib. Kindiki bu vəhşiliyi törədənlərin ən ağır şəkildə cəzalandırılacağını və bütün kilsələr, məscidlər, məbədlər və sinaqoqlar üçün daha sərt qaydalar tələb olunduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31