"Qüdsdə avtomobilin piyadaların üzərinə sürülməsi terror aktıdır"

İsrailin baş naziri Binyamin Netanyahu Qüdsdə avtomobilin piyadaların üzərinə sürülməsini terror aktı adlandırıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə B.Netanyahunun mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, bu gün Qüdsün mərkəzində avtomobil piyadaların üzərinə sürülüb. Hadisə nəticəsində 5 piyada xəsarət alıb. Sürücü hadisə yerində zərərsizləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31