Yunanıstan parlamenti seçkilərlə bağlı buraxılıb
22 Aprel 2023 23:49 DünyaYunanıstan prezidenti Katerina Sakellaropulunun sərəncamı ilə mayın 21-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar Yunanıstan parlamenti şənbə günü buraxılıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Afina Makedoniya Xəbər Agentliyi məlumat yayıb.
Ənənəyə uyğun olaraq parlamentin buraxılması və mayın 21-nə seçkilərin təyin edilməsi haqqında prezidentin sərəncamı axşam saatlarında ali qanunverici orqanın mühafizəsinin rəisi, briqada generalı Fotis Duitsis tərəfindən parlamentin şərq girişinin qapısındakı xüsusi lövhədə yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31