Peskovun oğluna MEDAL VERİLDİ
22 Aprel 2023 23:12 DünyaRusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun oğlu Nikolay Peskova "Vaqner" PMC-də xidmətinə görə "İgidliyə görə" medalı alıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Nikolay Peskov özü məlumat verib.
Onun sözlərinə görə, döyüş bölgəsinə getmək təşəbbüsü onun öz istəyi ilə olub:
"Mən bunu öz borcum hesab edirdim. Sadəcə iştirak etməli idim, orada olan hər kəsə kömək etməli idim. Mən kənarda oturub dostlarımın və digər insanların ora getməsinə baxa bilməzdim".
Qeyd edək ki, N.Peskovun "Vaqner"in tərkibində döyüşdüyünü ötən gün Priqojin açıqlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31