Zirehli “Leksus” İrəvanda 2 xüsusi təyinatlını VURDU
22 Aprel 2023 22:39 Dünyaİrəvanda xüsusi istehsal edilmiş zirehli Leksus-570 (70 EE 700 xüsusi nömrəli) markalı maşın iki xüsusi təyinatlı polisi vurub.
Olaylar.az axar.az-a istinadən erməni mediasına istinadla xəbər verir ki, "Leksus" VAZ-21015 markalı maşınla toqquşduqdan sonra xüsusi təyinatlı iki polisi (OMON) vurub. Xüsusi təyinatlı polislər xəstəxanaya yerləşdirilib.
Erməni mediası zirehli və xüsusi dövlət nömrəsi olan avtomobilin kimə məxsus olduğunu açıqlamayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31