"Türkiyədə üstü açılmamış cinayət olmayıb"
22 Aprel 2023 18:52 Dünya2021 və 2022-ci illərdə Türkiyədə üstü açılmamış cinayət olmayıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib.
Nazir qeyd edib ki, bu, Türkiyə cümhuriyyəti tarixində ilk dəfədir ki, cinayət hadisələrinin nəticəsində bütün günahkarlar tapılıb:
"Bu, Daxili İşlər Nazirliyi əməkdaşlarının səylərinin nəticəsidir. Bu, o deməkdir ki, həm jandarma, həm polis, həm də digər əməkdaşlarımız vəzifələrinin öhdəsindən layiqincə gəlirlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31