160 milyonluq S-400 AŞDI - VİDEO
20 Aprel 2023 23:04 DünyaRusiyanın Tula vilayəti yaxınlığında, M2-Krım magistralının Prudnoye kəndindən keçən hissəsində S-400 zenit-raket kompleksi (ZRK) yol kənarına aşıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Mash" Teleqram kanalı məlumat yayıb.
Təxminən 160 milyon dollar dəyərində olan S-400-ün səhər saatlarında qəzaya uğradığı bildirilib.
Məlumata görə, kompleks 8 texnikadan ibarət kortejlə birlikdə hərəkət etsə də, sonradan geri qalıb.
İlkin ehtimala görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində qeydə alınıb. Nəticədə sürücü qolunu sındırıb, lakin ciddi xəsarət almayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31