AK Partiyanın binasına silahlı hücum edilib - FOTO

Adanada hakim AK Partiyanın Çukurova rayon Başkanlığı binasına silahlı hücum olub.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı 1 nəfər şübhəli şəxs qismində saxlanılıb. Polis tərəfindən saxlanılmış 24 yaşlı E.K. hazırda dindirilir.

Məlumata görə, hadisə saat 16:00 radələrində baş verib. Hücum edən şəxsin ov tüfəngindən açdığı atəş binanın pəncərələrini sındırıb, tavanda isə dəliklər əmələ gəlib. Həmin binanın zəlzələnin vurduğu ziyana görə boş olduğu bildirilib.

Hadisə ilə bağlı açıqlama verən partiyanın Adana rayon sədri Mehmet Ay bunları deyib:

"Bir nəfər tərəfindən binamıza 12 dəfə atəş açıldığı barədə məlumat aldıq. Biz hər cür zorakılığın əleyhinəyik. Bütün təşkilatımıza və partiyamıza keçmiş olsun".

Ədliyyə naziri Bəkir Bozdağ da hadisəni pisləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31