“Minuteman III” raketi sınaqdan KEÇİRİLDİ
20 Aprel 2023 18:52 DünyaABŞ-ın Kaliforniya ştatında Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri birgə "Minuteman III" qitələrarası ballistik raketin sınaq buraxılışını həyata keçirib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Amerikanın səsi" məlumat yayıb.
"Raketin buraxılışı hava komandanlığı məntəqəsindən istifadə edilməklə həyata keçirilib, raketin uçuşu, o cümlədən sınaq döyüş başlığı "Navy E-6B Mercury" təyyarəsindən idarə olunub. Döyüş başlığı təxminən 6800 kilometr uçub", - məlumatda deyilir.
Sözügedən hərbi qurumlar bildiriblər ki, ABŞ-ı döyüşə hazır nüvə qüvvələri ilə istənilən vaxt, istənilən yerdə, komandanlıqla, qlobal zərbə ilə müdafiə etməyə həmişə hazırdırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31