Ərdoğan bayramı təbii fəlakət bölgəsində qeyd edəcək - ÖZƏL
18 Aprel 2023 15:05 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ramazan bayramı günlərindəki proqramı açıqlanıb. "OLAYLAR" trthaber-ə istinadən bildirir ki, bayramın ilk günü Türkiyə prezidenti İstanbulda olacaq.
Bayramın ikinci günü isə Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə səfər edəcək. Türkiyə dövlət başçısı Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkən Qaziantepinin Nurdağı mahalına gedəcək. Ərdoğan burada zəlzələ qurbanları üçün tikilən ilk kənd evlərinin təhvil verilmə mərasiminə qatılacaq.
Bayramın son günündə Türkiyə prezidenti İstanbulda 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı proqramına qatılacaq. Daha sonra isə Rəcəb Tayyib Ərdoğanın Sakaryaya gedəcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31