Katolik Kilsəsi uşaqların cinsi istismarı hallarına görə üzr istəyib- ÖZƏL

Olaylar.az xəbər verir ki, İspaniyadakı Katolik Kilsəsinin ali qurumu olan İspan Yepiskoplar Konfransının (CEE) prezidenti və Barselona kardinalı Xuan Xose Omella Madriddə keçirilən plenar iclasların açılışındakı çıxışında Kilsə olaraq bildiriblər ki, onlar keçmişdə uşaqlara qarşı cinsi istismarın günahını etiraf edib. Barselona Kardinalı, "Bu böyük günah üçün bağışlanma dilədik və bağışlanma diləməyə davam edəcəyik. Amma bağışlanma diləmək kifayət deyil, biz bu bəlanın cəmiyyətimizdən silinməsini istəyirik. Bu səbəblə, hakimlər, prokurorluq və ombudsmanla əməkdaşlığı davam etdiririk, əlimizdə olan bütün məlumatları veririk və protokollarımızı hərəkətə gətiririk" deyib.  

Cəmiyyətin bir çox hissəsini təsir edən bu faktın üzə çıxarılmamasını qınayan və bu sosial problemə qarşı bütün cəmiyyəti əhatə edən bir həll axtarışına öncülük etmələri lazım olduğunu müdafiə edən Omella sözlərini belə davam etdirdi: "Kilsə Avropada hər beş uşaqdan birinə təsir edən bu bəlaya qarşı mübarizəyə rəhbərlik etmək istəyir. Təəssüf edirik ki, bu ağrılı məsələ hazırda qlobal miqyasda, öz məsuliyyətimizdən qorxmadan həll olunmur. Biz bu dramı təhlil etməkdə israr edirik". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31