Vaşinqton Ukraynada Moskvaya qarşı təxribat xarakterli kurs aparır – ÖZƏL

"ABŞ müdafiə nazirinin siyasət üzrə müavini Kolin Kahl faktiki olaraq etiraf edib ki, ABŞ Administrasiyası Ukraynada Moskvaya qarşı təxribatçı kurs aparır".

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

"Məmurun mülahizələri həyasızlıq, ikiüzlülük və xarici ölkəyə qarşı təkəbbürlə doludur. Pentaqon nümayəndəsi birbaşa bildirib ki, ABŞ Administrasiyası Ukraynaya silah göndərərkən potensial eskalasiya risklərinə görə özünü heç bir şəkildə məhdudlaşdırmayıb. Beləliklə, Amerikalı etiraf etdi ki, Vaşinqton bütün münaqişə boyu qəsdən Rusiyaya qarşı təxribat xarakterli kurs həyata keçirib" - Antonov, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31