Vaşinqton-Pekin xəttində yeni gərginlik- ÖZƏL

Olaylar.az xəbər verir ki, Nyu Yorkda iki Çin vətəndaşı çinli müxaliflərə casusluq etmək, onlarla əməkdaşlıq etmək və ya onları qorxutmaq üçün "gizli polis məntəqəsi" yaratdıqları iddiası ilə saxlanılıb. 

ABŞ Ədliyyə Nazirliyinin verdiyi açıqlama Çinlə münasibətlərdə yenidən gərginliyin artmasına səbəb olub. Nazirlik ABŞ-ın Nyu-York şəhərində iki Çin vətəndaşının çinli müxaliflərə casusluq etmək və ya onları qorxutmaq üçün "gizli polis məntəqəsi" yaratdıqları iddiası ilə saxlanıldığını açıqlayıb. Prokurorlar iddia edib ki, çinli şübhəlilər Amerika hakimiyyətinə məlumat vermədən Çin hökuməti adından casusluq ediblər. Şübhəlilər həmçinin sui-qəsd və ədalət mühakiməsinə mane olmaqda ittiham olunublar. ABŞ Ədliyyə Nazirliyi həmçinin 10 çinli məmuru və telekommunikasiya şirkətinin əməkdaşını sui-qəsddə ittiham edib. Çinli təhlükəsizlik işçilərinin videokonfrans serveri Zoom zənglərinə casusluq etdiyi və çinli müxalifət iştirakçılarını təqib etdiyi iddia edilir. Çin hökumətində işlədiyi iddia edilən xüsusi bölmənin 34 üzvünə qarşı saxta sosial media hesabları yaradaraq çinli müxalifləri hədələdikləri iddiası ilə cinayət işi açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31