İranda Novruz bayramı zamanı baş verən qəzalarda 1168 nəfər ölüb- ÖZƏL

Olaylar.az xəbər verir ki, İranda 19 günlük Novruz bayramında şəhərlərarası yollarda baş verən yol qəzalarında 1168 nəfərin həyatını itirdiyi açıqlanıb. İran Ədliyyəsinə bağlı Mizan Xəbər Agentliyinin məlumatına görə, İran Ədliyyə Tibb İnstitutunun prezidenti Abbas Məscid Arani Novruzda yol qəzalarında həyatını itirənlərlə bağlı açıqlama verib. Arani qeyd edib ki, 15 mart və 3 aprel tarixlərinə təsadüf edən Novruz dövründə 1168 nəfər yol qəzalarında həyatını itirib. Ötən illə müqayisədə bu rəqəmin 83 nəfər artdığını bildirən Arani, yol qəzalarında ən çox ölənlərin Fars, Sistan-Bəlucistan, Kirman, Tehran, Rezevi Xorasan, İsfahan, Xuzistan, Şərqi Azərbaycan, Gilan və Mazenderan əyalətlərində baş verdiyini qeyd edib. Dünyada yol qəzalarında ən çox can itkisi olan ölkələrdən biri olan İranda ötən il təxminən 18 min insanın həyatını itirdiyi açıqlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31