G7 xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaları artırmağa razılaşıblar - ÖZƏL

G7 xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaları artırmaq və Ukraynaya yardımı davam etdirmək barədə razılığa gəliblər.
Olaylar.az xəbər verir ki, bu barədə məlumat Yaponiyanın Karuizava şəhərində keçirilən görüşdən sonra qəbul edilən birgə bəyanata əsasən verilib.

"Biz Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə, onların əlaqələndirilməsinə və tam şəkildə tətbiqinə sadiqik" - məlumatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31