Cənub-Şərqi Asiyada COVID-ə yoluxma halları KƏSKİN ARTIB
14 Aprel 2023 10:26 DünyaCənub-Şərqi Asiyada son dörd həftə ərzində koronavirusa yoluxanların sayı əvvəlki analoji dövrlə müqayisədə 481 faiz çox olub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
"28 günlük intervalda qeydə alınan yeni yoluxma hallarının sayı altı regionda azalıb: Afrika (45%), Qərbi Sakit okean (39%), Şimali və Latın Amerikası (33%) və Avropada (22%). Eyni zamanda, yoluxma halları iki regionda artıb: Cənub-Şərqi Asiya (481%) və Şərqi Aralıq dənizi (144%)", - deyə hesabatda qeyd olunub.
Ümumilikdə dünyada 3 milyon yeni yoluxma halı qeydə alınıb, o cümlədən xəstəlik nəticəsində 23 mindən çox ölüm halı qeydə alınıb. Bu, fevralın 13-dən martın 12-dək olan 28 günlük dövrlə müqayisədə 28 faiz və 30 faiz azdır.