Qaqarinin qum üzərində 30 metrlik portreti yaradıldı - VİDEO

Aprelin 12-də ilk insanın kosmosa uçuşunun ildönümü münasibətilə Anapa çimərliyində Yuri Qaqarinin portreti yaradılıb.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, hadisənin 62-ci ildönümündə çimərlikdəki qum üzərində peyda olan təsvirlər 30x30 metr ölçüsündə yerli rəssam Leonid Valitov tərəfindən hazırlanıb. Bunun üçün ona beş saatdan çox vaxt lazım olub.

Qeyd edək ki, 1961-ci il aprelin 12-də sovet kosmonavtı Qaqarin kosmosa uçan ilk insan olub. Rusiya hər il bu gün Kosmonavtika Günü kimi qeyd edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31