Bayden onu qarşılayan baş naziri itələdi - VİDEO

ABŞ prezidenti Co Bayden onu Belfast yaxınlığındakı hərbi aerodromda qarşılayan Böyük Britaniyanın baş naziri Rişi Sunakı itələyib.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, kadrlarda Baydenin Sunakla qısa və soyuq salamlaşması və sonra onu əli ilə kənara çəkməsi görünür.

Bəziləri bunun diplomatik təhqir olduğunu iddia ediblər.

Qeyd edək ki, Bayden ilk dəfə deyil ki, Böyük Britaniyanın baş nazirinə hörmətsizlik edir. Keçən ilin oktyabrında Sunak vəzifəyə gələn kimi Amerika lideri təbrik nitqi zamanı onun adını yanlış tələffüz etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31